Emin Əmrullayev: “Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru istiqamətdir”
“Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru istiqamətdir. İlk məsələ fakültələrin muxtariyyətidir”.
Demedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində universitet fakültəsi özləri yarımüstəqil fəaliyyət göstərir:
“Bir çox məsələlərdə heç kimlə razılaşmadan özləri qərar qəbul edir. Burada iki məsələ var. Azərbaycanın ali təhsil müəssisələrində xeyli müstəqil addmlar atılır. Problemlərdən biri odur ki, bu gün yazılan bir qayda bütün universitetlər üçün işləmir. Hər hansı dəyişiklik üçün mütləq qanunvericilik dəyişilməlidir. Maliyyə muxtariyyəti də önəmlidir. Ayrı-ayrı universitetin gəlirləri fakültələr üzrə mexanizm formalaşmalıdır”.