Azərbaycanda sabahdan 9 günlük tətil başlayır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə bağlı olaraq 9 günlük tətil başlayır.
Demedia.az xəbər verir ki, tətil martın 18-dən 26-na qədər davam edəcək.
Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir.
Növbəti iş günü martın 27-dir.