Hazırda valyuta ehtiyatlarımız bu qədərdir
“Ötən il strateji valyuta ehtiyatlarımız 5,3 milyard ABŞ dolları artaraq 58,5 milyard dollar olub və xarici birbaşa dövlət borcunu 8,7 dəfə üstələyir”.
Demedia.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı deyib.
Baş nazir vurğulayıb ki, hazırda ehtiyatlarımız 62,5 milyard dollardır, artım 2 ayda 4 milyard dollar olub: “2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5 faiz azalaraq 6,7 milyard dollar olub və ÜDM-in 8,5 faizini təşkil edib”.