Cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.