Azərbaycanın daha bir rayonunda zəlzələ oldu



 13:48 24.03.2023     355

Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub. 

Bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.  

***

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.