“Açıq mikrofon” aksiyasında 8 müraciət ünvanlandı



 18:15 29.03.2023     432

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarına verilib.

Demedia.az xəbər verir ki, tədbirə sahibkarlardan çox sakinlər qatılıb.

Sahibkar kimi yalnız Hidayət Məcidlinin müraciəti qeydə alınıb. Onun üzləşdiyi çətinlik isə qaz təchizatında bəzi hallarda yaşanan fasilələrlə bağlı olub.

Sonra mikrofon sakinlərin ixtiyarına verilib. Rayonun Yeniarx kəndindən qatılan 7 sakin 16 fərdi yaşayış evinin mavi yanacaqla təchiz olunmasını istəyib. 8 müraciətin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.