Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.
Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.