Lənkəranda 8 ədəd tank əleyhinə mina tapıldı



 13:17 31.03.2023     115

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb.

Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin minalar DİN-in Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.