ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq



 09:53 01.04.2023     398

Aprelin 3-də ABŞ administrasiyası Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.

Demedia.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən xəbər verir.

Qeyd olunub ki, yeni paketə hava hücumundan müdafiə radarları, tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları və tanklar, aviasiya və NASAMS zenit-raket sistemləri daxil olmaqla, onlarla növ sursat daxildir.