"Azəriqaz"ın əməkdaşı cərəyan vurması nəticəsində həyatını itirdi
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Turab Nəsirov cərəyan vurması nəticəsində həyatını itirib.
Bu barədə Demedia.az-a İB-dən məlumat verilib.
Məlumata görə, 2023-cü il aprelin 5-də saat 14:00 radələrində ictimai işlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin xətti ilə “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş Turab Nəsirovu cərəyan vurub.
Birlik qeyd edir ki, hadisə Turab Nəsirovun şəxsi həyətyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.
Turab Nəsirova Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.