İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürdü
Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.
Kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.
Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.//Report.az