Dörd keçmiş hakim vəkil oldu
Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.
Demedia.az xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Onlar Mustafayev Nofəl Qara oğlu, Əmiraslanova Kəmalə Fərman qızı, Bağırov Məhəmməd Abduləli oğlu və Bayramov Əmir Novruz oğludur.
Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.
Nofəl Mustafayev Tovuz Rayon Məhkəməsinin, Kəmalə Əmiraslanova Nərimanov Rayon Məhkəməsinin, Məhəmməd Bağırov Füzuli Rayon Məhkəməsinin, Əmir Bayramov isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.
Onlar bu gün vəkil andı içərək fəaliyyətə bağlayacaqlar.