Allahverdi Məmmədli vəzifəsindən azad olundu
Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli vəzifəsindən azad olunub.
Demedia.az xəbər verir ki, o, "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
Bildirib ki, çalışmanın son yaş həddi ilə əlaqədar olaraq öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.