Yuxarı Qarabağ kanalı daşdı
Yuxarı Qarabağ kanalı daşıb.
Hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.
Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində “Report”un sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.
Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.//Report.az