DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası təsdiqlənib



 15:14 17.04.2023     287

“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

Demedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.