Kanala düşən hərbçinin axtarışları davam etdirilir - Video



 18:14 18.04.2023     332

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.

“Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, - rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, ilkin ehtimallara görə, aprelin 17-də Beyləqan rayonu ərazisində körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb. Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılsa da, sürücü maşında olmayıb. Axtarışları aparılan şəxsin hərbçi olduğu bildirilir.