Mingəçevirdə 10 yaşlı qız zəhərlənərək ölüb
Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü qızın ölməsi faktı ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
Mingəçevir şəhərində 10 yaşlı qız zəhərlənərək ölüb.
Şəhər sakini, 2013-cü il təvəllüdlü Leyla Quluzadə zəhərlənmədən xəstəxanaya yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.//Report.az