Maşın bacı və qardaşı vurdu: birinin vəziyyəti ağırdı
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub.
Deemdia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.
Belə ki, "Şevrolet Kruz" markalı minik avtomobili 2005-ci il təvəllüdlü Xədicə Süleyman qızı Kərimovanı və onun qardaşı 2006-cı il təvəllüdlü Həsən Süleyman oğlu Kərimovu vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.