ABŞ İrana yenidən sanksiya tətbiq etdi
Vaşinqton İranın hərbi təchizat şəbəkəsi ilə bağlı 1 fiziki və 6 quruma sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Dövlət katibi Entoni Blinkenin adından verilən bəyanatda “Birləşmiş Ştatlar İranın hərbi proqramlarını və onun satınalma şəbəkələrini pozmaq üçün tədbirlər görməyə qətiyyətlə sadiqdir”, - deyə qeyd olunub.
İran, Çin və Malayziyada yerləşən bu şəxslər və qurumların ABŞ-ın sanksiyaya məruz qoyduğu İran Pərdəzan Sistemi Namad Armanın (PASNA) satınalma fəaliyyətlərində yardım etdiyi bildirilir. ABŞ Dövlət Departamentinin məlumatına görə, adıçəkilən şirkət İranın Müdafiə Nazirliyi və silahlı qüvvələrinin maddi-texniki təminatı ilə bağlıdır.