Bu halda dövlətin “təzyiqi” aşağı düşər – Deputat
İlbəil büdcəmiz artır. Bununla yanaşı, Hesablama Palatasının işi də çoxalır. Vəsaitlərin düzgün sərf olunmasına nəzarət edirlər ki, büdcədən yayınma olmasın.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Maliyyə dövlətin qan-damar sistemidir. Əgər qan qan-damar sistemindən başqa yerə axarsa, onda dövlətin təzyiqi aşağı düşər. Bu baxımdan, dövlətin təzyiqini yerində saxlamaq üçün Hesablama Palatası bu məsələlərə mütəmadi nəzarət emtəlidir və edir”, - deputat bildirib.