Zahid Oruc: "Virtual sərhədlərimiz qurulmalıdır"
Ermənistanla sərhəddə - Laçında və digər ərazilərdə qurulan istehkamlar virtual sərhədlərimizin də qurulmasını tələb edir.
Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
"Azərbaycan kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Biz maraqlı qüvvələrin Azərbaycan gəncləri arasında müxtəlif dini-teoloji təbliğatda kibervasitələrdən istifadə etdiyini daim görürük. 44 günlük Vətən müharibəsindən sonra yeni Milli Kibertəhlükəsizlik Strategiyasının hazırlanması zərurətə çevrilib. Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlər sırasında "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin yaradılmasını da qeyd etmək istəyirəm”, - deyə o qeyd edib.