Tərtərdə mərkəzi stadion təmir olunur



 12:33 27.04.2023     374

Tərtər mərkəzi stadionunda təmir bərpa işlərinə başlanılıb.

Demedia.az xəbər verir ki, stadionun ərazisində torpaq işləri görülür, futbol meydançası hazırlanır.

EL.TV xəbər verir ki, stadion ikimərtəbəli inzibati bina, əsas meydança və iki ehtiyat meydançadan ibarət olacaq. İnzibati binada soyunub geyinmə və iş otaqları, su, kanalizasiya, istilik və işıqlandırma sistemlərin qurulması nəzərdə tutulub. Yeni stadionun tamaşaçı tutumunun 2000-2500 olacağı gözlənilir. Burada tribuna və digər tikililərin inşasına başlanılacaq. İnşanın 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.