İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı - Dəyişiklik



 10:20 28.04.2023     338

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır.

Demedia.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.