“Azərbaycanla danışıqlar gözlənilir” - Qriqoryan
“Yaxın zamanlarda Azərbaycanla danışıqlar gözlənilir”.
Demedia.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, hazırda müzakirələr aparılır: “Danışıqlar gözlənildiyindən biz sülh müqaviləsi ilə bağlı təkliflərimizi Azərbaycana göndərməmişik”.