Hacıqabulda ölümlə bitən qəza
Səhər saatlarında Hacıqabulda baş verən yol qəzası zamanı az yaşlı dünyasını dəyişib. Sürücü və sərnişin isə xəsarət alıb.
EL.TV-nin verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul Şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 43 yaşlı Həlimə Məmmədli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücünün azyaşlı övladı hadisə yerində ölüb. Sürücü və avtomobildə olan sərnişin Bakı sakini, Xəyalə Əliyeva ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.