Meşədə narkotik əkənlər



 16:22 28.04.2023     109

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb. Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib. Qeyd edilən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Şirvan cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AYŞƏN