Son 10 gündə 3 mina partlayışı...
İşğaldan azad edilən ərazilərimiz minalarla kütləvi şəkildə çirkləndirilib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, aprelin 28-də Tərtərin Talış kəndi ərazisində baş verən mina partlayışı zamanı 3 nəfərin həyatını itirməsi həmin ərazilərdə xidməti fəliyyətlə məşğul olan hər kəsdən daha diqqətli olmağı tələb edir.
Son 10 gün ərzində 3 mina partlayışı hadisəsi nəticəsində 2 nəfərin xəsarət alması, 3 nəfərin ölümü bu ərazilərin minalarla nə dərəcədə çirkli olmasından xəbər verir. Bu növbəti erməni terrorudur. 30 illik işğal başa çatsa da erməni terroru can almağa davam edir. İndi beynəlxalq təşkilatlar dilə gəlməli, dəhşət saçan erməni terroruna qarşı mübarizədə ölkəmizə dəstək olmalıdır. Media nümayəndələri Azərbaycan Minatəmizləmə Agentliyinin partnyor təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun mina təmizləmə qrupunun hadisə yerinə təşkil etdiyi səfər zamanı minaya düşən maşının qalıqları və partlayış yerini müəyyən bir məsafədən görə bildilər.