Məktəblilərlə hərbçilər arasında yarış keçirildi
Vətəni sevmək gendən gələn bir hissdir. Vətəni qorumaq üçün xidmətə fiziki sağlam və inkişaf etmiş zehin açıqlığı ilə başlamaq onun müdafiəsində bir addım öndə olmaq deməkdir. Müxtəlif vaxtlarda hərbiçilərimizlə yuxarı sinif şagirdləri arasında keçirilən idman yarışları da bu istiqamətdə gənclərin yetişməsinə təkan verir.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, Tərtərdə, Müdafiə Nazirliyi və Tərtər rayion icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən kütləvi idman tədbirləri keçirilib.
"Heydər Əliyev İli" ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Tərtərdə bir neçə idman növü üzrə yarışlar keçirildi. Yarışar rayon məktəbliləri ilə hərbçilər arasında təşkil edildi. Müxtəlif kateqoriyalar üzrə keçirilən yarışlarda yüksək rəqabət müşahidə olunurdu. Yarış iştirakçıları yüksək nəticə əldə etmək üçün bütün bilik va bacarıqlarını ortaya qoymuşdular. İdman tədbirlərində 3 kilometr məsafəyə qaçış, şahmat, rəsm və əl işlərindən ibarət sərgi, futbol, voleybol, tenis, viktorinaları keçirildi. Fərqlənənlər fəxri fərmanlarla təltif edildi.
Tədbirdə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlandı. İncəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.