“Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi keçirildi
“Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi keçirilib.
Demədia.az EL TV-yə istinadən xəbər verir ki, yarışma Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilib. Bərdə, Tərtər, Yevlax, Mingəçevirdən olan məktəblilər elə Bərdədə təşkil olunan bilik yarışmasının finalında yaddaşlarını sınayıblar. “Heydər Əliyev və Mədəniyyətimiz” adlı yarışmanın iştirakçıları mədəniyyətimizlə yanaşı, Heydər Əliyev irsi və dahi şəxsiyyətin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən sualları cavablandırıblar. Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanması mövzusunda olan yarışmanın final mərhələsinin birinci turunda Bərdə rayonunu təmsil edən “Zəfər Lideri”, Tərtəri təmsil edən “Volunteers” komandası, ikinci turda isə Mingəçevir təmsilçisi “Zəfər”, Yevlax şəhərini təmsil edən “Şuşa” komandası iştirak edib.
Birinci turun qalibi Bərdənin “Zəfər Lideri” komandası və ikinci turda qalib adını qazanan Mingəçevirin “Zəfər” komandası final mərhələsinin üçüncü turunda yarışdılar. Yarışmanın əsas qalibi Bərdə rayonunu təmsil edən “Zəfər Lideri” komandası oldu. Yarışda qalib olan komanda Bərdə Regional Mədəniyyət İdarəsinin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı xüsusi kubok və Fəxri Fərmanla təltif olundu. Digər komandalara isə yarışda iştirak etdiklərinə görə təşəkkürnamələr təqdim edildi.