Ağsuda kənd məktəbinin binası qəzalıdır



 17:28 04.05.2023     341

Bu məktəbdə dərs keçmək təhlükəlidir. Nəzərə alınsa ki burada uşaqlar və böyüklər otururlar, onlar həyatları üçün yaranan real təhlükədən sığortalanmayıblar.

Demədia.az EL TV-yə istinadən xəbər verir ki, Ağsunun İlxıçı kəndindən və bu kənddə inşa edilən məktəbin köhnə binasından danışırıq. Şəhid Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəbinin binasının indiki halı ürəkaçan deyil. Məktəbin qapı-pəncərələri sınıq sökük, tavanı və döşəməsi isə yararsız haldadır. Ağsunun İlxıçı kəndinin 3 korpusdan ibarət olan məktəb binası 1965-ci ildə inşa edilib. Sinif otaqları köhnə, döşəmələr, divan və tavanlar yararsız haldadır. Binanın dam örtüyü, demək olar ki, tökülüb. Yerinə müvəqqəti olaraq müxtəlif materiallardan lövhələr çəkilib. Bu da dərs zamanı şagirdlərin narahatlığına və qorxusuna səbəb olur.

İstilik sisteminin olmaması qışda vəziyyəti daha da çətinləşdirir. Qarlı-şaxtalı havalarda uşaqların sağlamlığı ciddi təhlükə altına düşür. Sinif otaqları odun sobası ilə qızdırılır. Külək əsəndə sobanın tüstüsü birbaşa sinif otaqlarına dolur və tədris prosesinə mane olur. Nəticədə, davamiyyət də zəifləyir. Məktəb rəhbərliyi mövcud vəziyyətin aidiyyəti qurumların da nəzərində olduğunu və yeni məktəb binasının tikintisinin plana salındığını bildirir. Geriyə qalır vəd verilən müddəti gözləmək. İndi İlxıçı sakinləri həmin günləri səbirsizliklə gözləyirlər.