Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı



 09:04 05.05.2023     362

Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.

Demedia.az xəbər verir ki, ilk növbədə səfir Cahit Bağçı səs verib.

Səfirliyin məlumatına əsasən, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.