Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur



 14:21 05.05.2023     132

"Azərbaycan Dəmir Yolları" QSC 38 km-lik Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb.

Bu barədə Demedia.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

"Hazırda yeni dəmir yolu xətti üzrə layihənin texniki iqtisadi əsaslandırılmasına hazırlıq gedir. Gələcəkdə həmin yol Bərdə-Ağdam yoluna birləşdiriləcək", - deyə o qeyd edib.