Bu avtobus da “BakıKart”a keçir
Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir.
Agentlikdən Demedia.az-a verilən məlumata görə, bu çərçivədə 08.05.2023-ci il tarixindən etibarən"Neftçilər" metro stansiyası - Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Bununla da gündəlik bu marşrut üzrə orta hesabla 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin ediləcək.
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.