For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı bir ilkə imza atdı - FOTOLAR



 16:54 05.05.2023     202

For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı ölkəmizdə daha bir ilkə imza atdı.

Demedia.az bildirir ki, "For Azerbaijan" Beynəxlaq Xeyriyyə Təşkilatı və PAŞA Sığortanın dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Psixolojı Reabilitasiya İmkanlarının artırılması" layihəsi çərçivəsində superviziyalarını başa vurmuş 17 psixoloqumuz "Beynəlxalq Koqnitiv İşlənmə Terapiyası" üzrə beynəlxalq sertifikata sahib oldular. Qeyd edək ki, həmin sertifikatlar təsdiqlənmiş formada qurumun https://cptforptsd.com rəsmi saytında yerləşdirilib və ölkəmizdəki sertifikatlı mütəxəssislər haqqında məlumat əlavə olunub.
İlk bu uğura imza atdıqlarına, dünyaca məşhur terapiyanı təqdim edən ölkələr siyahısına Azərbaycanın da əlavə edilməsinə vəsilə olduqlarına görə psixoloqlarımızı təbrik edir, uğurlarının davamlı olmağını diləyirik. Onu da qeyd edək ki, bu hələ başlanğıcdır. Sayımız durmadan artır. Ardı var!

1

1