Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahanın I mərhələsi keçirildi
Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib.
Demedia.az xəbər verir ki, imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən 7 may 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 104 nəzarətçi‑müəllim, 12 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon tutulub və imtahandan xaric edilib.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) iyunun 18-də keçiriləcək.