Türkiyənin Gəncədəki Baş Konsulluğundakı səsvermədə minə yaxın seçici iştirak etdi
Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermədə bu saata qədər minə yaxın seçici iştirak edib.
Demedia.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.
Onun sözlərinə görə, Konsulluqda səsvermənin sonuncu günü də tam şəffaf qaydada davam edir:
"Seçkilərin birinci və ikinci günündə olduğu kimi, üçüncü günündə də vətəndaşlarımızın seçkilərə marağı böyük olub. Bu saata qədər təxmini 1 000 nəfərə yaxın seçici səsvermədə iştirak edib. Seçki qanunvericiliyə uyğun şəkildə tam demokratik şəkildə davam edir. Səsvermə saat 21:00-a başa çatacaq".
Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir. Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.