Yerə asteroid yaxınlaşır - NASA



 10:25 09.05.2023     441

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2023 HT4 asteroidinin mayın 12-də Yerin yanından keçəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası məlumat yayıb.

Göy cisminin uzunluğu 76 metrdir.

Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 min km-dən çox sürətlə hərəkət edir.

NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlərin statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olsa verirlər. Belə cisimlər quruya düşsələr dağıntılara, okeana düşsələr sunamiyə səbəb ola bilər.

2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.