Yeni yolların bölgə üçün əhəmiyyəti - VİDEO
İşğaldan azad olunan ərazilərdə diqqət mərkəzində saxlanılan sahələrdən biri də avtomobil yollarıdır.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, qısa müddətdə inşa edilərək istifadəyə verilən Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut avtomobil yolları görülən işlərin nəticəsidir.
Bu yollar bölgənin inkişafında mühüm rol oynayacaq. Burada məskunlaşacaq əhalinin rahat gediş-gəlişini təmin edəcək. Qısa müddətdə inşa edilərək istifadəyə verilən yolların siyahısında artıq Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da yer alır. Ümumi uzunluğu 39.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirilib. Birinci texniki dərəcəyə uyğun tikilən yol dörd hərəkət zolağından ibarətdir. Bundan başqa, açılışı olan Füzuli-Hadrut yolunun ümumi uzunluğu 12.3 kilometrdir. Adıçəkilən yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və üzərində 18 paqonmetr uzunluğunda körpü inşa edilib. Həmin yolun üzərində 8 ədəd müxtəlif diametrli su ötürücü boru, 7 heyvan keçidi də daxil olmaqla düzbucaqlı borular tikilib.