Ucarda şəhidlərin xatirəsini əbədiləşdirən bulağın açılışı oldu



 21:14 12.05.2023     440

Ucarda 1-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı olub.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, tədbirdə rayon içtimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Bulaq kompleksi 1-ci Qarabağ müharibəsinin Ağdamdan olan şəhidləri Seyid Fikrət Abdulla oğlu Əliyev, Telman Qənbər oğlu Alıyev, Əmir Famil oğlu Mirzəyev, Firdovsi Rəhim oğlu Səlimov və Möhübbət Şiraslan oğlu Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilib. Bulaq kompleksi Ucar rayonu ərazisindəki məcburi köçkün şəhərciyində reallaşıb. Adları bulağa həkk olunan şəhidlər 1992-1993-cü illərdə cəbhənin Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.