Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ



 10:44 13.05.2023     531

Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.