Bağça və məktəblərin qaz təminatı... - "Azəriqaz" açıqladı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bağça və orta məktəblərə birbaşa olaraq "mavi yanacağ"ın verilişini təmin edə bilmir.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, bağça və məktəblərin qazlaşdırılmasının digər müəssisə, fərdi yaşayış evləri və mənzillərdən təhlükəsizlik baxımından daha həssasdır.
"Azəriqaz" bağça və məktəblərin yalnız qazanxanalarına təbii qazla təmin olunmasını icra edir. Bunun üçün müvafiq sənədlə Elm və Təhsil Nazirliyinə müraciət edilir və nazirlik müvafiq sənədləri Birliyə təqdim edir. Bütün sənədlər uyğun olduqdan sonra "Azəriqaz" İB qısa müddət ərzində qazlaşdırılma işini həyata keçirir",- deyə E. Vəliyev qeyd edib.