Moskvada yenidən üçtərəfli görüş gözlənilir - Erməni KİV



 14:42 16.05.2023     290

“İrəvanda istisna etmirlər ki, Ermənistan və Rusiya XİN başçıları – Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada keçirilə bilər”.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan “Sputnik Ermənistan”a bildirib.

Nazir müavinin bildirdiyi məlumata görə, görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti danışıqlar raundu çərçivəsində keçirilə bilər. Həmçinin, o qeyd edib ki, mayın 19-dakı görüş dəqiqləşdirilib, lakin hələlik məlum deyil ki, XİN başçıları üçtərəfli formatda ya ayrıca görüşəcəklər.

Xatırladaq ki, mayın 19-da Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Аrаrаt Mirzoyanın Moskvada görüşü olacaq.

Daha əvvəl isə nazirlərin Vaşinqtonda 4 günlük (1-4 may) görüşü olub.