Bu əcnəbilər Azərbaycanda müvəqqəti yaşaya biləcəklər



 17:30 16.05.2023     341

Banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda müvəqqəti yaşaya biləcəklər.

Demedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.