939 qanunsuz hal aşkarlandı - VİDEO
2022-ci il və bu ilin 4 ayı ərzində aparılan monitorinqlər nəticəsində Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhərində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 939 hal aşkar edilərək sənədləşdirilib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, adı çəkilən rayonlarda torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılır.
Artıq həmin şəhər və rayonlarda ümumilikdə 517 min 501 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsdə müfəssəl kadastr məlumat bazasının yaradılması mümkün olub. Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan 39 süni balıq gölünün yaradılması səbəbindən 110 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlərin edilməsi Ağdamın Quzanlı qəsəbəsində keçirilən müşavirə iştirakçılarının diqqətinə çatdırıldı. Müşavirədə adları çəkilən şəhər və rayonların yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak etdilər.