Silahsız özünümüdafiə üzrə yarış keçirildi



 18:45 19.05.2023     329

Ağsuda Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşəbbüsü və Ağsu rayon polis şöbəsinin təşkilatçılığı ilə silahsız özünümüdafiə üzrə yarış keçirilib.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, yarışda qaliblər mükafatlandırılıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1-ci, 2-ci, 3-cü yeri tutan idmançılar Ağsu rayon polis şöbəsinin fəxri fərmanları və medalları ilə təltif olunublar. Bu yarışda qalib olan iştirakçılar əvvəlcə regionda keçirilən yarışa vəsiqə qazanır. Eyni zamanda region qrupunda qalib gələn idmançılar isə ilin sonunda Daxili İşlər Nazirliyi əməkdaşları arasında keçrilən respublika final yarışına vəsiqə qazanacaqlar. İki gün davam edən yarışda 6 çəki üzrə 60-dan çox idmançı güclərini sınağa çəkiblər. Yarışın keçirilməsinin əsas məqsədi silahsız müdafiə və əlbəyaxa döyüşün inkişaf etdirilməsi və polis əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub. Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq polis əməkdaşları arasında təşkil olunan bu yarışlar “Heydər Əliyev ili” çərçivəsində ölkənin bütün şəhər və rayonlarında keçirilir.