Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı



 09:07 20.05.2023     375

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.

Demedia.az-ın xəbərinə görə, mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.

Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.