Həyətində xaş-xaş yetişdirən şəxs saxlanıldı
Hacıqabulda həyətində xaş-xaş yetişdirən şəxs saxlanılıb.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynovu saxlayıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaş-xaş bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.