Sarı pas xəstəliyilə mübarizə üsulları...



 21:05 20.05.2023     358

Bitkinin düşməni-sarı pas Sarı pas xətliyi bitkinin düşmənidir. Bununla mübarizə aparmaq üçün fermerlər də məlumatlı olmalıdırlar. Elə bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı çərçivəsində Tərtər rayonunda fermerlər üçün təlim keçirilib.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, təlimdə əsasən sarı pas xəstəliyilə mübarizə üsulları müzakirə edilib.

Ölkəmizdə pas xəstəliyinin 3 növünə yayılıb. Bunların içərisində yayılma arealına sarı pas xətəliyinə daha çox rast gəlinir. Bitkilər arasında yayılan bu xəstəliyin yayılması və arelları müəyyənləşdirilir. Fermerlər sarı pas barədə ətraflı bilgilərə malik olmalıdırlar ki, sonra iş-işdən keçməsin. Mütəxəssislər bildirir ki, pas xəstəliyi asanlıqla bir rayonun ərazisindən digərinə, ölkədən-ölkəyə keçə bilir. Tərtər Bölgə təcrübə stansiyasında taxıl sahələrində yaranan “Sarı Pas” xəstəliyinə qarşı mübarizə aparılması və bu xəstəliyin qarşısının alınması yolları barədə fermer və taxılçı sahibkarlarla keçirilən zona müşavirəsi Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə “Azərbaycanda buğda pası xəstəliyinin idarə edilməsi üzrə əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Taxıl sahələrinin pas xəstəliyindən qorunması və bu xəstəliyə qarşı aparılan mübarizə tədbirlərinin gələcəkdə də aparılacağı nəzərdə tutulub.