"İctimai TV"nin tanınmış siması kanalı tərk etdi - FOTO
Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı İctimai TV-dəki işindən ayrılıb.
Demedia.az xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
Teleaparıcı səbəbini açıqlamasa da, öz istəyi ilə işdən çıxdığını və İTV rəhbərliyinə təşəkkürünü bildirib.
Vüsalə Səid sözügedən telekanalda "İtvtech" verilişinin aparıcısı idi.