Keçən il Prezidentin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrə 457,1 milyon manat xərclənib



 12:58 24.05.2023     319

Keçən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə 457,1 milyon manat vəsait sərf olunub.

Demedia.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub.

Bu vəsaitin 486,7 milyon manatı və ya 94 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 457,1 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 29,6 milyon manatı infrastrukturyönlü sahələrin, 26,2 milyon manatı sosialyönlü sahələrin, 5 milyon manatı isə digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.